Siyasət
Pleyeri seçin:

Hikmət Hacıyev diplomatların Kəlbəcərə səfəri ilə bağlı paylaşım etdi

18 sentyabr 2024

Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfər edib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi nümayəndə heyətinə 20-si səfir olmaqla 60-dan çox diplomat daxildir.

Hikmət Hacıyev öz “X” hesabında səfərlə bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror əməliyyatlarından sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açılışını etdiyi digər obyektləri ziyarət edəcəyik.

Kəlbəcərin işğalı 1993-cü ildə Ermənistan ərazisindən başlayan hərbi hücum nəticəsində baş verib. Bu hərbi təcavüz aktı Ermənistanın işğalçı dövlət kimi dövlət məsuliyyətini müəyyən edib və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbuluna səbəb olub. İşğaldan öncə Kəlbəcər və onun mülki əhalisi təxminən bir il blokadada qalıb. Yeganə çıxış yolu çox məhdud girişi olan dolama Ömər aşırımından idi.

Erməni terror təşkilatı ASALA-nın üzvü Monte Melkonyan Xocalı soyqırımına bənzər Kəlbəcər tunel yolunda dinc əhaliyə qarşı qırğınlar təşkil edib. İşğal zamanı hətta Kəlbəcərdən çıxarılarkən mülki əmlak və mədəniyyət abidələri dağıdılıb, talan edilib. Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günahkarlıq hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma “Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz”.

Beninin yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

Beninin yeni səfiri İlham Əliyevin qəbulunda | Nələr müzakirə edildi?

Siyasət
14 oktyabr 2024
İlham Əliyev Qətərin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

İlham Əliyev Qətərin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi

Siyasət
14 oktyabr 2024
İlham Əliyev Julyen de Freponun etimadnaməsini qəbul etdi

İlham Əliyev Julyen de Freponun etimadnaməsini qəbul etdi

Siyasət
14 oktyabr 2024
Pezeşkian Şahin Mustafayevlə görüşdə səfirliyimizə edilən hücumdan danışdı

Pezeşkian Şahin Mustafayevlə görüşdə səfirliyimizə edilən hücumdan danışdı

Siyasət
14 oktyabr 2024
ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın gizli niyyəti nədir? | BAKU ANALİTİK

ATƏT-in Minsk qrupu ilə bağlı Ermənistanın gizli niyyəti nədir? | BAKU ANALİTİK

Siyasət
14 oktyabr 2024
İsrail nəşri: Britaniya Qərbi Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edir | BİZDƏN NƏ DANIŞIRLAR?

İsrail nəşri: Britaniya Qərbi Zəngəzuru Azərbaycan ərazisi kimi qəbul edir | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
14 oktyabr 2024
Bakı AŞPA ilə bağlı şərtini elan etdi | Səməd Seyidovdan mühüm açıqlama

Bakı AŞPA ilə bağlı şərtini elan etdi | Səməd Seyidovdan mühüm açıqlama

Siyasət
14 oktyabr 2024
Paşinyan geri addım atdı | Zəngəzur dəhlizinə hansı ölkə nəzarət edəcək?

Paşinyan geri addım atdı | Zəngəzur dəhlizinə hansı ölkə nəzarət edəcək?

Siyasət
14 oktyabr 2024
Gürcüstan illər öncə yaşananlardan necə dərs çıxardı? | Ekspertlərdən şərh

Gürcüstan illər öncə yaşananlardan necə dərs çıxardı? | Ekspertlərdən şərh

Siyasət
14 oktyabr 2024
İrəvan xanlığının 1111 kəndindən yalnız 62-də gəlmə ermənilər yaşayıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İrəvan xanlığının 1111 kəndindən yalnız 62-də gəlmə ermənilər yaşayıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
14 oktyabr 2024
Seçilmişlər
icon