Siyasət
Pleyeri seçin:
Hikmət Hacıyev Rusiya ilə əlaqələrdən danışdı | Nəqliyyat dəhlizi barədə yenilik
“Bu gün Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir. Bu, artıq yaxşı ənənəyə çevrilib”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
Onun sözlərinə görə, ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib.
H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub.
Kopyalandı
Seçilmişlər