Pleyeri seçin:

Hikmət Hacıyev Samanta Pauerə cavab verdi

22 noyabr 2023 493 baxış

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı 1 milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir”.

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerə cavabında yazıb.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. ABŞ-nin BMT-nin Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi Samanta Pauer heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – deyə o qeyd edib.

Eyni zamanda Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb.

“Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı. Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi. Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur”, – deyə Hikmət Hacıyev bildirib.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 493 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 493 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 493 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 493 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 493 baxış
Seçilmişlər
icon