II Qaregin buna görə sülh istəmir | Erməni heykəltaraş katalikosu ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Bütün ermənilərin katolikosu Rusiyanın adamıdır, buna görə də sülh istəmir”.
Bunu erməni heykəltəraş Vigen Avetis deyib.
Heykəltaraş Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi və yolların açılması üzrə əldə edilmiş razılaşmaların katolikosu məmnun etmədiyini bildirib: “Hətta Roma Papası (XIV Leo) da bunu alqışladı, amma II Qaregin bunu qəbul etməyib. Çünki rusiyayönlüdür. Xalq belələrinə kimlərinsə əlaltıları kimi baxmalıdır”.
Rusiyaya gəlincə, V.Avetis qeyd edib ki, Moskva həmişə bölgədə gərginliyin olmasını istəyib və istəyir: “Çünki Rusiya müharibədən qazanır. Ona görə də bütün bunlara qarşı çıxanlar və tənqid edənlər Rusiyadan əmr alırlar və bunu yerinə yetirməyə çalışırlar”.
Heykəltaraş əlavə edib ki, artıq Azərbaycan və Ermənistan arasında müharibə yox, sülh olacaq.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
