İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - Baku TV
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevə raport verib.
Bildirilib ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir.
Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatları, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV
- Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV
- İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV
- Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV
- ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR
