Pleyeri seçin:

İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub - Baku TV

13 yanvar 2026 428 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Dövlət başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilib.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb.

Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub.

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV

Siyasət
23 iyul 2026 428 baxış
ABŞ-nin İrana təzyiqi artır: Tehran Ermənistanla koordinasiyanı niyə gücləndirir? - AKTUAL GÜNDƏM

ABŞ-nin İrana təzyiqi artır: Tehran Ermənistanla koordinasiyanı niyə gücləndirir? - AKTUAL GÜNDƏM

Siyasət
23 iyul 2026 428 baxış
Aİ hərəkətə keçdi: Rusiyanın “kölgə donanması”na qarşı böyük əməliyyat - Baku TV CANLI

Aİ hərəkətə keçdi: Rusiyanın “kölgə donanması”na qarşı böyük əməliyyat - Baku TV CANLI

Siyasət
23 iyul 2026 428 baxış
Vaşinqtondan gözlənilməz addım | İran danışıqlara məcbur edilir? - Baku TV CANLI

Vaşinqtondan gözlənilməz addım | İran danışıqlara məcbur edilir? - Baku TV CANLI

Siyasət
23 iyul 2026 428 baxış
ABŞ İrana qarşı nə qədər pul xərcləyib? | Ukrayna Ordusunda kadr dəyişikliyi - YENİ BİR SƏHƏR

ABŞ İrana qarşı nə qədər pul xərcləyib? | Ukrayna Ordusunda kadr dəyişikliyi - YENİ BİR SƏHƏR

Siyasət
23 iyul 2026 428 baxış
Prezident İlham Əliyev fərman imzaladı - Baku TV

Prezident İlham Əliyev fərman imzaladı - Baku TV

Siyasət
22 iyul 2026 428 baxış
Avropanın enerji xəritəsində Azərbaycan faktoru - Baku TV

Avropanın enerji xəritəsində Azərbaycan faktoru - Baku TV

Siyasət
22 iyul 2026 428 baxış
Azərbaycan-Almaniya strateji dialoqu Rusiyada təşviş doğurdu: Moskva nədən qorxur? - AKTUAL GÜNDƏM

Azərbaycan-Almaniya strateji dialoqu Rusiyada təşviş doğurdu: Moskva nədən qorxur? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyul 2026 428 baxış
Bakı-Berlin əlaqələrində yeni mərhələ | Azərbaycanın Almaniya üçün önəmi - Baku TV

Bakı-Berlin əlaqələrində yeni mərhələ | Azərbaycanın Almaniya üçün önəmi - Baku TV

Siyasət
22 iyul 2026 428 baxış
Azərbaycanın xüsusi rolu Almaniya tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanın xüsusi rolu Almaniya tərəfindən yüksək qiymətləndirilir

Siyasət
22 iyul 2026 428 baxış
Seçilmişlər
icon