Siyasət
Pleyeri seçin:

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə nələri müzakirə etdi?

17 fevral 2024

Fevralın 16-da Münxendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.

İan Borq dövlət başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.

Dövlət başçısı bildirib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırıb.

Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycanla birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır.

Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olunub.

Prezident Cəbrayıl və Zəngilanda | Yeni kəndlərin təməli qoyuldu

Prezident Cəbrayıl və Zəngilanda | Yeni kəndlərin təməli qoyuldu

Siyasət
18 may 2024
Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
18 may 2024
Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

Siyasət
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Siyasət
17 may 2024
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
Seçilmişlər
icon