İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
Prezident İlham Əliyev avqustun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
Telefon danışığı zamanı Azərbaycanla BƏƏ arasında əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığı qeyd olunub. Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyannamənin və digər sənədlərin önəmi vurğulanıb, bütün bunların regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyəti qeyd edilib.
Bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu yüksək qiymətləndirilib. Dövlətimizin başçısı əldə olunan razılaşmalarda bu ilin iyul ayında Əbu-Dabidə Azərbaycanla Ermənistan arasında keçirilən ikitərəfli görüşün əhəmiyyətinə toxunub və buna görə Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təşəkkürünü bildirib.
Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan əldə olunan nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb və bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevi yad etdilər
- İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV
- İlham Əliyev və Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Baku TV
- İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında vacib telefon danışığı - Baku TV
