İlham Əliyev bir neçə rayona səfər edib
Prezident İlham Əliyev Qazax rayonuna səfər edib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.
Prezidenti İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə də tanış olub. Eyni zamanda Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Ölkə başçısı Qazaxda “Venzana” mebel fabrikinin açılışında da olub.
Prezident İlham Əliyev “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstanla dövlət sərhədinin 4 zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Şəmkir rayonuna da səfər edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Şəmkirdə ucaldılan abidəsini ziyarət edib. Sonra Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Samux rayonuna da səfər edib. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin Samuxda ucaldılan abidəsini ziyarət edib. Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında da olub.