Pleyeri seçin:

İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Baku TV

06 oktyabr 2026 307 baxış

Prezident İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.

Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlət başçısına təqdim edərək Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirib.

Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğulayıb, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd edib.

Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlanıb, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlifsəviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirilib.

Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunulub, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.

Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Banner
Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Bakı-Aşqabad əlaqələri yeni mərhələdə | “Füzulidəki məscid dostluğumuzun rəmzidir” - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Türkmənistan lideri Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana səfərindən görüntülər - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başlayıb - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdə - Baku TV CANLI

Siyasət
08 oktyabr 2026 307 baxış
Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Məhkumların işlə təminatı: 500 işəgötürənin rəyi nə göstərdi? - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR

Siyasət
08 oktyabr 2026 307 baxış
Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV

Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Ədliyyə naziri ekspertiza sahəsində iş yükünün kəskin artdığını bildirib - Baku TV

Ədliyyə naziri ekspertiza sahəsində iş yükünün kəskin artdığını bildirib - Baku TV

Siyasət
08 oktyabr 2026 307 baxış
Sabiq kəşfiyyat rəhbərinin həbsinin yeni detalları üzə çıxıb - Baku TV

Sabiq kəşfiyyat rəhbərinin həbsinin yeni detalları üzə çıxıb - Baku TV

Siyasət
07 oktyabr 2026 307 baxış
Seçilmişlər
icon