Siyasət
Pleyeri seçin:
İlham Əliyev Britaniyanın Baş nazirinə məktub ünvanladı
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.
İlham Əliyevin Kir Starmeriyə ünvanladığı dəvət məktubunun orijinal nüsxəsini COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendə təntənəli surətdə təqdim edib.
Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar ölkələrin ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.
Kopyalandı
Seçilmişlər