Pleyeri seçin:

İlham Əliyev Çernobbio şəhərində “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşdü

06 sentyabr 2024 208 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.

Söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulanıb. Bildirilib ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

“Ansaldo Energia” şirkəti ilə o cümlədən yaşıl enerji sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulanıb.

Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlanıb, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirilib.

Prezident Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV CANLI

Prezident Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV CANLI

Siyasət
12 avqust 2026 208 baxış
"Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV

"Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
Avropa İttifaqı Naxçıvan dəmir yoluna maraq göstərir | Prezident - Baku TV

Avropa İttifaqı Naxçıvan dəmir yoluna maraq göstərir | Prezident - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
"Biz vaxt itirə bilmərik" | Prezidentdən dəmir yolu layihəsi ilə bağlı mühüm açıqlama - Baku TV

"Biz vaxt itirə bilmərik" | Prezidentdən dəmir yolu layihəsi ilə bağlı mühüm açıqlama - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
İlham Əliyev | "Qarabağda və Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük" - Baku TV

İlham Əliyev | "Qarabağda və Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük" - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
Prezident | "Naxçıvan, Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir" - Baku TV

Prezident | "Naxçıvan, Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir" - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
Azərbaycan Prezidenti | "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub" - Baku TV

Azərbaycan Prezidenti | "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub" - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
İlham Əliyev Naxçıvanın geniş coğrafiya üçün əhəmiyyətini vurğuladı - Baku TV

İlham Əliyev Naxçıvanın geniş coğrafiya üçün əhəmiyyətini vurğuladı - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
İlham Əliyev Naxçıvanda yüzlərlə meqavatlıq günəş stansiyalarının tikiləcəyini açıqladı - Baku TV

İlham Əliyev Naxçıvanda yüzlərlə meqavatlıq günəş stansiyalarının tikiləcəyini açıqladı - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV

İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV

Siyasət
12 avqust 2026 208 baxış
Seçilmişlər
icon