Siyasət
Pleyeri seçin:

İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsini qəbul etdi

13 mart 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.

Vu Honqbo İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlət başçısına təbrik məktubu göndərdiyini xatırlayıb və Çin Prezidentinin salamlarını dövlət başçısına çatdırıb. O həmçinin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Dövlət başçısı təbriklərə və Çin Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Qonaq Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə çox ciddi nailiyyətlər əldə etdiyini vurğulayıb.

Vu Honqbo qeyd edib ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri arasında Səmərqənddə keçirilmiş görüş əlaqələrimizin inkişafına böyük təkan verib və bundan sonra münasibətlərimizdə yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin münasibətlərinin tarixdə ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Dövlət başçısı Çin Prezidenti ilə Səmərqənddə keçirilmiş görüşü məmnunluqla xatırlayıb və həmin görüş əsnasında müzakirə olunan məsələlərin irəli aparılması istiqamətində hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Çin ilə əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğulayıb.

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Prezident BMT Baş katibinin köməkçisi ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi

Siyasət
01 may 2024
Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycanlıların sayı getdikcə azalan rayon | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
01 may 2024
İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

İlham Əliyev Şimali Qafqaz regionunun müftiləri ilə görüşdü

Siyasət
01 may 2024
İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

İlham Əliyev Rusiyanın Baş ravvini Berl Lazarı qəbul etdi

Siyasət
01 may 2024
TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda

Siyasət
01 may 2024
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi

Siyasət
01 may 2024
Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Baku TV VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda

Siyasət
01 may 2024
Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Erməni politoloqdan hayları təşvişə salacaq açıqlama

Siyasət
01 may 2024
Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Azərbaycandan qisas almaq istəyən Fransanın budəfəki planı nədir?

Siyasət
01 may 2024
Seçilmişlər
icon