İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi, Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaq.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığımızın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, islam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcək.
Hörmətli cənab Prezident, inanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bir daha sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
