Siyasət
Pleyeri seçin:

İlham Əliyev Ərdoğana başsağlığı məktubu ünvanlayıb

05 fevral 2024

Prezident İlham Əliyev Türkiyədə baş vermiş və onminlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötməsi ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Dövlət başçısı faciə nəticəsində həlak olmuş şəxslərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyib.

Məktubda bildirilib ki, 2023-cü ilin fevralında baş vermis fəlakət Türkiyəni olduğu kimi, Azərbaycanı da dərindən sarsıdıb. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq faciənin ağrı-acısını bölüşüb, sonsuz kədərini birlikdə yaşayıb.

“Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi.

Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”, – deyə başsağlığı məktubunda qeyd olunub.

Əlavə edilib ki, Azərbaycan hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

Sonda o da vurğulanıb ki, Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daim Türkiyənin yanındadır və bundan sonra da olacaq. Çünki biz bir millət, iki dövlətik.

Rəisinin Azərbaycan-İran əlaqələri barədə son açıqlaması | Bu, çox önəmlidir ki...

Rəisinin Azərbaycan-İran əlaqələri barədə son açıqlaması | Bu, çox önəmlidir ki...

Siyasət
20 may 2024
Azərbaycan XİN-dən İbrahim Rəisi və digər ölkə rəsmiləri ilə bağlı başsağlığı

Azərbaycan XİN-dən İbrahim Rəisi və digər ölkə rəsmiləri ilə bağlı başsağlığı

Siyasət
20 may 2024
İranda milli matəm elanı | Əməkdaşımızdan son məlumatlar

İranda milli matəm elanı | Əməkdaşımızdan son məlumatlar

Siyasət
20 may 2024
İlham Əliyev Rəisinin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi

İlham Əliyev Rəisinin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi

Siyasət
20 may 2024
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Siyasət
20 may 2024
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi

Siyasət
20 may 2024
Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Prezident İlham Əliyevdən Seyid İbrahim Rəisiyə təşəkkür

Siyasət
19 may 2024
İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

İlham Əliyevdən rəsmi İrəvana sərt xəbərdarlıq

Siyasət
19 may 2024
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər | İlham Əliyev

Siyasət
19 may 2024
Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü

Siyasət
19 may 2024
Seçilmişlər
icon