Siyasət
Pleyeri seçin:
İlham Əliyev Gürcüstan Baş nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulanıb, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edilib.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.
İrakli Kobaxidze də öz növbəsində dövlət başçısını Gürcüstana səfərə dəvət edib.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək dəvətləri məmnunluqla qəbul ediblər.
Kopyalandı
Seçilmişlər