Pleyeri seçin:
İlham Əliyev hərbi əməliyyatların dayandırılması səbəbini açıqladı
Azərbaycan müharibəni vaxtında dayandırdı, ancaq öz siyasətindən bir addım da geri atmadı.
Bu barədə Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında danışıb.
Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarılıb:
"Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da. Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı. Biz ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi".
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar etdilər - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Cıdır düzündə olublar - Baku TV
- İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - Baku TV
- Azərbaycan və Türkmənistan prezidentləri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış oldular
