Pleyeri seçin:

İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul etdi

19 may 2023 286 baxış

Prezident İlham Əliyev mayın 19-da Hindistan ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.

Səfir ilk növbədə Azərbaycanda ulu öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirərək qeyd edib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-lik və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib.

Eyni zamanda səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu deyib, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirib.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də dərin təəssürat hissi bağışladığını deyib.

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
"Münasibətlər daha da inkşaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

"Münasibətlər daha da inkşaf edib" | İki ölkə arasında əlaqələr güclənir - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşdü - Baku TV

Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşdü - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Rusiya buğdası daşıyan qatar Biləcəridən yola düşdü

Rusiya buğdası daşıyan qatar Biləcəridən yola düşdü

Siyasət
06 avqust 2026 286 baxış
Biləcəridən yola salınan qatarla Ermənistana nələr tədarük edildi? - Baku TV

Biləcəridən yola salınan qatarla Ermənistana nələr tədarük edildi? - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Meyvədə rekord bahalaşma, ticarətdə 66 faizlik eniş: Ermənistanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Meyvədə rekord bahalaşma, ticarətdə 66 faizlik eniş: Ermənistanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
06 avqust 2026 286 baxış
Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb - Baku TV

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb - Baku TV

Siyasət
06 avqust 2026 286 baxış
Hikmət Hacıyevdən mühüm açıqlama | Paşinyan ABŞ rəsmisi ilə nəyi müzakirə etdi? - YENİ BİR SƏHƏR

Hikmət Hacıyevdən mühüm açıqlama | Paşinyan ABŞ rəsmisi ilə nəyi müzakirə etdi? - YENİ BİR SƏHƏR

Siyasət
06 avqust 2026 286 baxış
Seçilmişlər
icon