İlham Əliyev ilə Şavkat Mirziyoyev arasında telefon danışığı olub
Avqustun 9-da Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub. Bundan sonra atılmalı olan addımların Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına və onun ratifikasiyasına zəmin yaradacağı qeyd edilib.
Prezident İlham Əliyev bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb, həmçinin regional nəqliyyat bağlantıları ilə əlaqədar razılaşmaların vacibliyini bildirib.
Şavkat Mirziyoyev öz növbəsində əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırıb, bunun bütün regionun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV
- Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR
- ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV
- İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV
- Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri - Baku TV
