Pleyeri seçin:

İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - Baku TV

02 fevral 2026 323 baxış

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı Qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirilib və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.

Hikmət Hacıyev tarixi reallıqları xatırlatdı | "Ağır nəticələrlə qarşılaşdıq, amma..." - Baku TV

Hikmət Hacıyev tarixi reallıqları xatırlatdı | "Ağır nəticələrlə qarşılaşdıq, amma..." - Baku TV

Siyasət
14 may 2026 323 baxış
"Bəzi ölkələr buna müqavimət göstərir" | Prezidentin köməkçisi müstəmləkəçilikdən danışdı - Baku TV

"Bəzi ölkələr buna müqavimət göstərir" | Prezidentin köməkçisi müstəmləkəçilikdən danışdı - Baku TV

Siyasət
14 may 2026 323 baxış
Ukrayna-Azərbaycan, Ukrayna-Türkiyə hərbi əməkdaşlığı barədə Andriy Qnatovdan açıqlama - Baku TV

Ukrayna-Azərbaycan, Ukrayna-Türkiyə hərbi əməkdaşlığı barədə Andriy Qnatovdan açıqlama - Baku TV

Siyasət
14 may 2026 323 baxış
Türkiyə-Ermənistan sərhədində təmir işləri aparılır

Türkiyə-Ermənistan sərhədində təmir işləri aparılır

Siyasət
14 may 2026 323 baxış
Fərid Şəfiyev regionda aranı qarışdırmaq istəyənlərdən danışdı - Baku TV

Fərid Şəfiyev regionda aranı qarışdırmaq istəyənlərdən danışdı - Baku TV

Siyasət
14 may 2026 323 baxış
“Məqsəd Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləməkdir” | Aqil Şirinov

“Məqsəd Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləməkdir” | Aqil Şirinov

Siyasət
14 may 2026 323 baxış
Bakı xəbərdarlıq edir: yeni təxribatlara qarşı önləyici addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Bakı xəbərdarlıq edir: yeni təxribatlara qarşı önləyici addımlar atılacaq? - AKTUAL GÜNDƏM

Siyasət
14 may 2026 323 baxış
WUF13-ün başlamasına 3 gün qaldı | ABŞ Senatı Trampı İranla bağlı dəstəklədi? - YENİ BİR SƏHƏR

WUF13-ün başlamasına 3 gün qaldı | ABŞ Senatı Trampı İranla bağlı dəstəklədi? - YENİ BİR SƏHƏR

Siyasət
14 may 2026 323 baxış
"Global Media Group" əməkdaşları dayanıqlı yaşayış mövzusunda sessiyada iştirak edib - Baku TV

"Global Media Group" əməkdaşları dayanıqlı yaşayış mövzusunda sessiyada iştirak edib - Baku TV

Siyasət
13 may 2026 323 baxış
Prezident İlham Əliyevin strateji baxışı Orta Dəhlizin gücünü artırır - Baku TV

Prezident İlham Əliyevin strateji baxışı Orta Dəhlizin gücünü artırır - Baku TV

Siyasət
13 may 2026 323 baxış
Seçilmişlər
icon