İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa məktub ünvanladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb.
Dövlət başçısı israilli həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib.
Azərbaycanla İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyədə olmasına diqqət çəkən Prezident İlham Əliyev bu əlaqələrin qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulduğunu qeyd edib.
“Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. İnanıram ki, Azərbaycanla İsrail arasındakı ənənəvi dostluq münasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcək”, ‒ deyə məktubda qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV
- Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV
- Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV
- Türkiyədə COP31 keçirilir | Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdirdilər - Baku TV
- Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş İlham Əliyevi qarşıladı - Baku TV
