Pleyeri seçin:

İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul etdi

24 noyabr 2023 374 baxış

Prezident İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.

Dövlət başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirib, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb.

İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, investisiyalar, bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd edib.

İlham Əliyev Azərbaycanda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırıb.

Prezident gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirib.

Dövlət başçısı həmçinin Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 374 baxış
Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Siyasət
22 sentyabr 2026 374 baxış
“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 374 baxış
Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Siyasət
22 sentyabr 2026 374 baxış
Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Siyasət
22 sentyabr 2026 374 baxış
Seçilmişlər
icon