Siyasət
Pleyeri seçin:

İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşdü

18 noyabr 2024

Prezident İlham Əliyev noyabrın 18-də Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotlandla görüşüb.

Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaq Azərbaycanla “Commonwealth” arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırıb.

Millətlər Birliyi təşkilatının Baş katibi, həmçinin Azərbaycanın kosmik imkanlarını səfərbər edərək “Commonwealth”in üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini deyib. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğulayıb.

Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib.

Azərbaycanın “Commonwealth” təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini deyib. Söhbət zamanı Azərbaycanla “Commonwealth” təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

Siyasət
21 noyabr 2024
Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Siyasət
21 noyabr 2024
Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Siyasət
21 noyabr 2024
"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
21 noyabr 2024
İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Siyasət
21 noyabr 2024
BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

Siyasət
21 noyabr 2024
Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Siyasət
21 noyabr 2024
Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Siyasət
21 noyabr 2024
Seçilmişlər
icon