Pleyeri seçin:

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb

18 fevral 2024 207 baxış

Fevralın 18-də Münxendə Prezident İlham Əliyevlə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlət başçısına təşəkkürünü bildirib, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29-la əlaqədar təbriklərə görə minnətdarlığını ifadə edib.

Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.

Bu təklif dövlət başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Görüşdə həmçinin regional məsələlər müzakirə olunub. Dövlət başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Bir sıra müəssisələr və şəhid ailəsi ziyarət olundu - Baku TV

Siyasət
08 fevral 2026 207 baxış
İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

İkimərtəbəli evlər: 5000 il əvvəlki həyat necə idi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
07 fevral 2026 207 baxış
Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ

Siyasət
07 fevral 2026 207 baxış
Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov Pakistanın XİN rəhbəri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 fevral 2026 207 baxış
Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Azərbaycan-Türkiyə Pediatrik Revmatologiya Konfransı keçirildi - Baku TV

Siyasət
07 fevral 2026 207 baxış
Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV

Siyasət
06 fevral 2026 207 baxış
Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Milli Olimpiya Komitəsi ziddiyyətlə bağlı müraciət ünvanlayıb - Baku TV

Siyasət
06 fevral 2026 207 baxış
"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

"Dördyaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
06 fevral 2026 207 baxış
Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Zatulinin bəyanatına rəsmi Bakıdan etiraz | Rusiya səfiri XİN-ə çağırıldı - Baku TV

Siyasət
06 fevral 2026 207 baxış
İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 fevral 2026 207 baxış
Seçilmişlər
icon