Məsciddə terror aktı törədildi | Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
Bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.
Paylaşımda Azərbaycanın bu terror aktını qətiyyətlə pislədiyi diqqətə çatdırılıb.
"İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Dualarımız həlak olanların yaxınları ilədir, xəsarətalanlara isə tezliklə şəfa diləyirik", – deyə paylaşımda vurğulanıb.
Xarici İşlər Nazirliyi Azərbaycanın qardaş Pakistanla həmrəy olduğunu ifadə edib və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyib.
Xatırladaq ki, İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
