İlham Əliyev Nepalın xarici işlər nazirini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Nepal xarici işlər naziri Narayan Prakaş Saudu qəbul edib.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğulayıb, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu deyib. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib, ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Dövlət başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını deyib, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd edib.
İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirib.
Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
