Pleyeri seçin:

İlham Əliyev onu diktatora layiq nazir adlandırdı | BİZDƏN NƏ DANIŞIRLAR?

23 dekabr 2024 441 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi müsahibəni, eləcə də regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri xarici KİV geniş işıqlandırıb.

Rusiyanın “NEWS.ru” nəşri Azərbaycan liderinin Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Cozep Borrel barədə söylədiklərini önə çıxarıb.

Bildirilib ki, Prezident İlham Əliyev COP-da çıxışlarının birində C.Borreldən sitat gətirərək onun Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatdığını deyib.

Materialda həmçinin dövlət başçısının “Cozep Borrelə gəldikdə düşünürəm ki, o, bir neçə onilliklər əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun sadəcə başqa zamanda yaşamaqla bəxti gətirməyib” sitatına istinad edilib.

Rusiyanın “İnterfaks” agentliyi Prezident İlham Əliyevin Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini sitat gətirib.

Bildirilib ki, Azərbaycan lideri “Avropa müşahidəçiləri” pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb.

Türkiyənin “Gazete Kritik” nəşri isə dövlət başçısının Rusiya ilə Qərb arasında davam edən qarşıdurmaya münasibət bildirdiyini yazıb.

Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib:

“NATO-nun və Rusiyanın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”.

Banner
Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 441 baxış
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

Siyasət
26 oktyabr 2026 441 baxış
Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Siyasət
26 oktyabr 2026 441 baxış
Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 441 baxış
Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 441 baxış
Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Siyasət
26 oktyabr 2026 441 baxış
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Siyasət
26 oktyabr 2026 441 baxış
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Siyasət
26 oktyabr 2026 441 baxış
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Siyasət
26 oktyabr 2026 441 baxış
Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Siyasət
26 oktyabr 2026 441 baxış
Seçilmişlər
icon