Pleyeri seçin:

İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü

07 noyabr 2025 151 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub.

Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Dövlət başçısı və Pakistanın Baş naziri birgə foto çəkdiriblər.

Görüşdə dövlət başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə noyabrın 8-də Bakıda keçiriləcək hərbi paradda iştiraka görə Məhəmməd Şahbaz Şərifə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirib.

Parada dəvətə görə minnətdarlığını bildirən Pakistanın Baş naziri burada iştirak etməkdən məmnunluğunu vurğulayıb. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli Bayrağı ilə bəzədildiyini diqqətə çatdırıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirilib, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunulub. İkitərəfli ticarət dövriyyəsində artım məmnunluqla vurğulanaraq siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi-ticari əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfindən Pakistandan idxal olunan düyüyə və 15 adda digər məhsula güzəştli ticarət tariflərinin tətbiqinin iqtisadi-ticari əlaqələrin inkişafında mühüm amil olduğu bildirilib.

Bu ilin birinci yarısında Hökumətlərarası Komissiyanın iclasının uğurla keçirildiyi xatırlanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Hökumət nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin tezliklə qarşılıqlı səfərlər həyata keçirməsi ilə bağlı razılıq əldə olunub.

İşğaldan azad olunmuş ərazilərimizdə icra edilən bərpa və quruculuq işlərində Pakistan şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli münasibətlərimizin perspektivləri müzakirə edilib.

İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri - Baku TV

İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri - Baku TV

Siyasət
09 dekabr 2025 151 baxış
Prezident Slovakiyadan belə yola salındı

Prezident Slovakiyadan belə yola salındı

Siyasət
09 dekabr 2025 151 baxış
İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - Baku TV

İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - Baku TV

Siyasət
09 dekabr 2025 151 baxış
Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Basarkeçər, Basarkeçər daşt, Baraxlı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
09 dekabr 2025 151 baxış
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - Baku TV

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - Baku TV

Siyasət
09 dekabr 2025 151 baxış
Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV

Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV

Siyasət
09 dekabr 2025 151 baxış
Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Siyasət
09 dekabr 2025 151 baxış
Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Siyasət
09 dekabr 2025 151 baxış
Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Siyasət
09 dekabr 2025 151 baxış
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

Siyasət
09 dekabr 2025 151 baxış
Seçilmişlər
icon