İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədrini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib. Səmimi keçən görüşdə, tərəflər TDT-nin fəaliyyətinə göstərilən dəstəyi xüsusi məmnunluqla qeyd ediblər. Qonaq Binəli Yıldırım, Ağsaqqallar Şurasının türk dövlətləri arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməyə davam edəcəyini vurğulayıb. Söhbət zamanı TDT Dövlət Başçıları Şurasının qarşıdan gələn 12-ci Zirvə görüşünün əhəmiyyəti xüsusi qeyd edilib və tədbirin yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bütün sahələrdə genişlənməsi perspektivləri müzakirə edilib.
#Türk Dövlətləri Təşkilatı teqi istifadə olunub
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Dövlət Baxçalı Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlərə səsləndi - Baku TV
- Bakıda Türk dünyasının təhlükəsizliyi müzakirə olundu - YEKUNLAŞDIRAQ
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
