İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV
Prezident İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti "Global Infrastructure Partners"in təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə "Global Infrastructure Partners" şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə "Italo" sürətli dəmir yolu operatoru və London Qatvik Hava Limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu deyib.
Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlət başçısı bu xüsusda "Global Infrastructure Partners" ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirib.
Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Yaxın Şərqdəki gərginlik müzakirə olundu | Prezidentlərdən zəng - Baku TV
- Ərdoğan İrana səsləndi | Oğul Xameneinin atasından fərqi | Tramp Putinlə danışdı - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev İranın yeni Ali Rəhbərini təbrik etdi - Baku TV
- Pezeşkian Əliyevə zəng etdi: Naxçıvana hücuma görə məsuliyyət kimin üzərinə düşür? - AKTUAL GÜNDƏM
- Məsud Pezeşkian İlham Əliyevə zəng edib | Tramp: "Tehranla danışıqlar olmayacaq" - YENİ BİR SƏHƏR
