Pleyeri seçin:

İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyəti ilə görüşdü

02 dekabr 2024 307 baxış

Prezident İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir.

Dövlət başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu deyib və həmin görüşdən az müddət keçməsinə baxmayaraq, Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğulayıb.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunulub, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edilib.

Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlanıb, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirilib, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulanıb.

Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edilib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında diplomatik-siyasi məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Ölkəmizin “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin olunması təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezident bildirib ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.

Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak etdi - Baku TV

Siyasət
03 avqust 2026 307 baxış
Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Kartdan-karta köçürmələrə limit qoyuldu | Təhsil tələbə krediti barədə vacib xəbər - YENİ BİR SƏHƏR

Siyasət
03 avqust 2026 307 baxış
Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Paşinyan Putinə meydan oxudu: Avropa İttifaqı Rusiyanı əvəz edə biləcəkmi? - YEKUNLAŞDIRAQ

Siyasət
02 avqust 2026 307 baxış
"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 307 baxış
Seçilmişlər
icon