İlham Əliyev Rauf Vəliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi
Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, Rauf Vəliyev bu ordenlə Azərbaycanda dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif edilir.
Prezident İlham Əliyev Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib.
Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, Vladimir Fekete Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilir.
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında da sərəncam imzalayıb.
İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
#İlham Əliyev teqi istifadə olunub
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
- Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşündən görüntülər - Baku TV
- Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə mötəbər tədbirdə iştirak ediblər - Baku TV
- "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər
