Pleyeri seçin:

İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul etdi

27 fevral 2024 357 baxış

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiəni qəbul edib.

Taufiq bin Fauzən Əl Rabiə İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Qonaq əvvəl çalışdığı vəzifələrdə də ölkəyə səfər etdiyini xatırladaraq son dövrlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələrdə olduğu kimi turizm sahəsində də əməkdaşlığın genişlənməsini və qarşılıqlı turist səfərlərinin artmasını məmnunluqla qeyd edib, uçuş reyslərində olan dinamikanı müsbət qiymətləndirib.

Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşlarına münasibətdə vizaların verilməsi prosesinin asanlaşdırılmasının turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyini deyən Taufiq bin Fauzən Əl Rabiə ölkəsinin də Azərbaycan vətəndaşlarına vizaların verilməsi prosesinin sadələşdirilməsi istiqamətində addımlar atdığını diqqətə çatdırıb.

Qonaq “Expo-2030”un və 2034-cü ildə futbol üzrə dünya çempionatının Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı Azərbaycanın verdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.

Dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının İslam həmrəyliyi prinsipindən çıxış edərək Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistan ilə diplomatik əlaqələr qurmamasını xatırladaraq İslam dünyasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu cür ədalətli mövqedən çıxış etməsinin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tehrandan Xəzər mesajı | Sahilyanı olmayan dövlətlərə hərbi qadağa - Baku TV CANLI

Tehrandan Xəzər mesajı | Sahilyanı olmayan dövlətlərə hərbi qadağa - Baku TV CANLI

Siyasət
11 avqust 2026 357 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva görülən işlərlə tanış olub - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva görülən işlərlə tanış olub - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub - Baku TV

Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
Prezident və birinci xanım Naxçıvandakı Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar

Prezident və birinci xanım Naxçıvandakı Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar

Siyasət
11 avqust 2026 357 baxış
Naxçıvan məsələsində gözlənilməz həll: ABŞ-dən yeni açıqlama - Baku TV CANLI

Naxçıvan məsələsində gözlənilməz həll: ABŞ-dən yeni açıqlama - Baku TV CANLI

Siyasət
11 avqust 2026 357 baxış
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfərə gəliblər - ANA XƏBƏR

İlham Əliyev və Mehriban Əliyeva Naxçıvana səfərə gəliblər - ANA XƏBƏR

Siyasət
11 avqust 2026 357 baxış
Dövlət başçısı və birinci xanım Naxçıvana səfər edib - Baku TV

Dövlət başçısı və birinci xanım Naxçıvana səfər edib - Baku TV

Siyasət
11 avqust 2026 357 baxış
Seçilmişlər
icon