Pleyeri seçin:

İlham Əliyev və Bolqarıstan rəsmisi arasında nələr müzakirə olundu?

18 iyun 2025 317 baxış

Prezident İlham Əliyev iyunun 18-də Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib.

Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Prezidenti Nataliya Kiselovanın Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.

Qəbula görə dövlət başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.

Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

İranlı nazirin başçılıq etdiyi nümayəndə heyəti Prezidentin qəbulunda - Baku TV

Siyasət
06 fevral 2026 317 baxış
Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Bakıdan dünyaya sülh çağırışı | Zelenskidən iddialı açıqlama | Sülhə aparan yol - YENİ BİR SƏHƏR

Siyasət
06 fevral 2026 317 baxış
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - Baku TV

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib - Baku TV

Siyasət
06 fevral 2026 317 baxış
ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV

ABŞ lideri İlham Əliyev və Nikol Paşinyan haqqında danışdı - Baku TV

Siyasət
06 fevral 2026 317 baxış
Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia

Lavrovdan Cənubi Qafqazla bağlı yeni iddia

Siyasət
05 fevral 2026 317 baxış
İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV

İlham Əliyev Türkiyədəki zəlzələnin 3-cü ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb - Baku TV

Siyasət
05 fevral 2026 317 baxış
"Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası niyə Ermənistanı bu qədər narahat etdi?

"Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası niyə Ermənistanı bu qədər narahat etdi?

Siyasət
05 fevral 2026 317 baxış
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri - Baku TV

Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri - Baku TV

Siyasət
05 fevral 2026 317 baxış
Prezident Birləşmiş Ərəb Əmirliklərindən belə yola salındı

Prezident Birləşmiş Ərəb Əmirliklərindən belə yola salındı

Siyasət
05 fevral 2026 317 baxış
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yekunlaşdı - Baku TV

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri yekunlaşdı - Baku TV

Siyasət
05 fevral 2026 317 baxış
Seçilmişlər
icon