Siyasət
Pleyeri seçin:

İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərdə bir sıra açılışlarda iştirak etdilər

02 sentyabr 2024

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji”nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı rayondakı Xudavəng monastır kompleksində də olublar.

Həmçinin Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.

İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

Dövlət başçısı və xanımı Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar. İlham Əliyev eyni zamanda Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olan İlham Əliyev və Mehriban Əliyeva rayonda İstisu Mineral su zavodunun açılışında iştirak ediblər.

Dövlət başçısı Kəlbəcərdə 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” Kəlbəcər Su Elektrik Stansiyasının açılışını edib. Eyni zamanda dövlət başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 su elektrik stansiyası barədə məlumat verilib.

İlham Əliyev rayonunun İstisu qəsəbəsində “İstisu” yarımstansiyasının açılışında da iştirak edib.

Ermənistanın hərbi büdcəsinin artması... | Ceyhun Bayramovdan önəmli açıqlama

Ermənistanın hərbi büdcəsinin artması... | Ceyhun Bayramovdan önəmli açıqlama

Siyasət
02 sentyabr 2024
Ərdoğan İlham Əliyevi növbədənkənar parlament seçkiləri ilə bağlı təbrik etdi

Ərdoğan İlham Əliyevi növbədənkənar parlament seçkiləri ilə bağlı təbrik etdi

Siyasət
02 sentyabr 2024
Azərbaycana təşəkkür edirik ki... | Serbiyanın XİN başçısı hansı mesajları verdi?

Azərbaycana təşəkkür edirik ki... | Serbiyanın XİN başçısı hansı mesajları verdi?

Siyasət
02 sentyabr 2024
Mehriban Əliyeva qızıl medal qazanan Səid Nəcəfzadəni təbrik etdi

Mehriban Əliyeva qızıl medal qazanan Səid Nəcəfzadəni təbrik etdi

Siyasət
02 sentyabr 2024
Əminik ki, bu seçki nəticəsində… | Türk Dövlətləri Təşkilatının müşahidəçilərindən açıqlama

Əminik ki, bu seçki nəticəsində… | Türk Dövlətləri Təşkilatının müşahidəçilərindən açıqlama

Siyasət
02 sentyabr 2024
QDİƏT müşahidəçilərindən rəy | Seçki tam demokratik şəkildə keçirildi

QDİƏT müşahidəçilərindən rəy | Seçki tam demokratik şəkildə keçirildi

Siyasət
02 sentyabr 2024
Belarus müşahidəçiləri önəmli məqamları açıqladı | Bu, nümunəvi seçki idi

Belarus müşahidəçiləri önəmli məqamları açıqladı | Bu, nümunəvi seçki idi

Siyasət
02 sentyabr 2024
Azərbaycan və Serbiya arasında son illər... | Nazirdən vacib açıqlama

Azərbaycan və Serbiya arasında son illər... | Nazirdən vacib açıqlama

Siyasət
02 sentyabr 2024
Oktyabrda qan tökmək planları | Gürcüstan bu sınaqdan çıxa biləcəkmi?

Oktyabrda qan tökmək planları | Gürcüstan bu sınaqdan çıxa biləcəkmi?

Siyasət
02 sentyabr 2024
Bu seçki nələri dəyişdirəcək? - Parlament seçkiləri ilə bağlı müzakirə | BAKU AKTUAL

Bu seçki nələri dəyişdirəcək? - Parlament seçkiləri ilə bağlı müzakirə | BAKU AKTUAL

Siyasət
02 sentyabr 2024
Seçilmişlər
icon