Siyasət
Pleyeri seçin:
İlham Əliyevdən pensiya və əməkhaqqı ilə bağlı mühüm açıqlama | Göstəriş verildi
“Hesab edirəm ki, iqtisadi sahədə bu ilin göstəriciləri müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib:
“Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.
Kopyalandı
Seçilmişlər