İlham Əliyevdən təcili qərar | Yaradılan dövlət komissiyasının tərkibi açıqlandı
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılan dövlət komissiyasının tərkibinə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev, xarici işlər naziri Ceyhun Bayramov, Baş prokuror Kamran Əliyev, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov daxildir.