İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü baş tutdu
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırıblar.
Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edilib.
Dövlət başçısı Bolqarıstan Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevə Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı adı verildi - Baku TV
- Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər Prezidentin qəbulunda
- Avropa yarışlarında idmançılarımıza qarşı ədalətsizlik niyə çox olur? - Baku TV
- “Çox nümunə var ki...” | Prezident idmançıların gündəlik həyatda davranışlarından danışdı - Baku TV
- Prezident İlham Əliyev qadın güləşinin inkişafı barədə nələri açıqladı? - Baku TV
