İlham Əliyevin Pakistanda rəsmi qarşılanma mərasimi
Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Əvvəlcə rəsmi foto çəkdirilib.
Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.
Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Ermənistan liderləri normallaşma prosesini müzakirə etdilər
- İlham Əliyevin Əbu-Dabidə Paşinyanla görüşü barədə detallar - Baku TV
- Azərbaycan-BƏƏ yaxınlaşması İslam dünyasında nəyi dəyişir? - AKTUAL GÜNDƏM
- Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Əbu-Dabidə görüşdü - Baku TV
- "Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasimi - Baku TV CANLI
