İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək və geniş tərkibdə görüşləri olub
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü olub.
Görüşdə Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğura inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti qeyd edilərək Azərbaycanın Avropanın qaz təchizatına verdiyi töhfə xüsusi vurğulanıb.
Dövlət başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olundu. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra İlham Əliyevin və Aleksandar Vuçiçin birgə nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV
- Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV
- İlham Əliyev vacib sərəncam imzaladı
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
