İlham Əliyevin tələbələrlə bağlı imzaladığı sərəncam qüvvəyə mindi
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci il sentyabrın 1-dən ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.
Belə ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Prezidentinin 2001-ci il 3 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla həmin məbləğ 350 manat müəyyən olunub. Bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.
Sentyabrın 1-dən həmçinin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin də məbləği artırılıb. Prezident İlham Əliyev iyulun 24-də bununla bağlı müvafiq Sərəncam imzalayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
