İlham Əliyev Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Görüş zamanı Baş katib, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunan nəticələrə görə Prezident Əliyevə təbriklərini çatdırıb. Ömüralıyev TDT-nin beynəlxalq nüfuzunun artmasında və üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirib. Söhbət zamanı, Qəbələdə keçiriləcək TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün əhəmiyyəti vurğulanıb. Sammitin əsas mövzusunun “Regional sülh və təhlükəsizlik” olacağı bildirilib, bunun Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.əndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
