Pleyeri seçin:

İran ABŞ ilə razılaşmaq və regionda gərginliyi azaltmaq üçün nəyə hazırlaşır?

03 fevral 2026 172 baxış

İran ABŞ ilə razılaşmaya nail olmaq və regionda gərginliyi azaltmaq naminə öz nüvə proqramını dayandırmağa və ya xeyli dərəcədə məhdudlaşdırmağa hazırdır.

Bu barədə “The New York Times” (NYT) qəzeti rəsmi mənbələrə istinadla yazıb.

İki rəsminin sözlərinə görə, Tehran nüvə proqramının icrasını dayandırmağa və ya müvəqqəti olaraq dondurmağa hazırdır, bu da Tehranda Vaşinqtona böyük güzəşt sayılır. Amma İran hakimiyyəti münaqişənin həlli üçün ABŞ-nin də iştirak etdiyi nüvə enerjisinin istehsalı üzrə regional konsorsiumun yaradılmasını nəzərdə tutan variantı üstün tutur.

Qəzet ABŞ və İran rəsmilərinə istinadla qeyd edir ki, fevralın 6-da İstanbulda mümkün nüvə sazişi ilə bağlı danışıqlarda iştirak etməli olan İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff yazışma yolu ilə birbaşa təmasdadır.

Bundan əlavə, NYT-nin məlumatına görə, Türkiyədə keçiriləcək görüşdə ABŞ Prezidentinin kürəkəni və iş adamı Cared Kuşner, eləcə də Türkiyə, Qətər və Misirdən yüksəkrütbəli rəsmilər iştirak edəcəklər.

İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani də dolayı təmaslar zamanı qarşılıqlı anlaşma əldə olunacağı təqdirdə ABŞ ilə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib:

“Birbaşa danışıqlardan əvvəl dolayı danışıqlar olmalıdır. Əgər qarşılıqlı anlaşma əldə edilərsə və bu, sürətlə baş verərsə, onda birbaşa danışıqlara keçmək olar”.


Bozburun, Bozqala, Bozdoğan - türk tarixinin izi - Baku TV

Bozburun, Bozqala, Bozdoğan - türk tarixinin izi - Baku TV

Siyasət
24 mart 2026 172 baxış
"Bu iddialar müharibə deməkdir" | Ermənistanda kritik tarix: Simonyandan qalmaqallı çıxış - Baku TV

"Bu iddialar müharibə deməkdir" | Ermənistanda kritik tarix: Simonyandan qalmaqallı çıxış - Baku TV

Siyasət
24 mart 2026 172 baxış
İki ərəb dövləti ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşulur? - AKTUAL GÜNDƏM

İki ərəb dövləti ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatlara qoşulur? - AKTUAL GÜNDƏM

Siyasət
24 mart 2026 172 baxış
ABŞ-İran müharibəsində 5 günlük fasilə: Vaşinqton yeni hücum üçün vaxt qazanır? - AKTUAL GÜNDƏM

ABŞ-İran müharibəsində 5 günlük fasilə: Vaşinqton yeni hücum üçün vaxt qazanır? - AKTUAL GÜNDƏM

Siyasət
24 mart 2026 172 baxış
Yeni yaranan agentlik nələri dəyişəcək? - "Proses sürətlənəcək, sosial siyasət də..." - Baku TV

Yeni yaranan agentlik nələri dəyişəcək? - "Proses sürətlənəcək, sosial siyasət də..." - Baku TV

Siyasət
24 mart 2026 172 baxış
Biləcəridən Ermənistana yola salınan qatarlarla nələr daşındı? - Baku TV

Biləcəridən Ermənistana yola salınan qatarlarla nələr daşındı? - Baku TV

Siyasət
24 mart 2026 172 baxış
Qalibafın adının danışıqlarda hallanması Tehranda daxili siyasi qarşıdurma riskini artırır?

Qalibafın adının danışıqlarda hallanması Tehranda daxili siyasi qarşıdurma riskini artırır?

Siyasət
24 mart 2026 172 baxış
Müharibəni bitirəcək 3 şərt | 8710 rus hərbçi necə öldürülüb? | Trampdan açıqlama - YENİ BİR SƏHƏR

Müharibəni bitirəcək 3 şərt | 8710 rus hərbçi necə öldürülüb? | Trampdan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
24 mart 2026 172 baxış
Azərbaycan, İran və Braziliya XİN başçıları nələri müzakirə etdi? - Baku TV

Azərbaycan, İran və Braziliya XİN başçıları nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 mart 2026 172 baxış
Azərbaycandan keçməklə Ermənistana növbəti yük partiyası yola salınacaq - Baku TV

Azərbaycandan keçməklə Ermənistana növbəti yük partiyası yola salınacaq - Baku TV

Siyasət
23 mart 2026 172 baxış
Seçilmişlər
icon