İran-Azərbaycan əlaqələri genişlənir? | Pezeşkian və Şahin Mustafayev arasında müzakirə
Məsud Pezeşkian Tehranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
İki ölkənin tarixi və mədəni ortaqlığına toxunan M.Pezeşkian münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb.
İran Prezidenti həmçinin iki ölkə arasında razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini qeyd edib.
Şahin Mustafayev isə öz növbəsində Azərbaycanın İranla əlaqələri genişləndirməyə hazır olduğunu bəyan edib.
Baş nazirin müavini iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika, mədəniyyət, tranzit, ümumi yol, dəmir yolu xətlərinin tamamlanması və inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Şahin Mustafayev İran Prezidentinin gələn ay Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
#Şahin Mustafayev teqi istifadə olunub
- Avropa Ukraynaya cəbhə açdı | Sosial şəbəkələrdən istifadə uşaqlara zərərlidir? - YENİ BİR SƏHƏR
- Azərbaycan-İran görüşündə hansı sahələr müzakirə olundu? - Baku TV
- Şahin Mustafayev "Yengicə" və "Əlicançay" layihələrindən danışdı - Baku TV
- Yerüstü su ehtiyatlarının 75 faizi qonşu ölkələrdən daxil olur | Şahin Mustafayev - Baku TV
- "Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - Baku TV
