Pleyeri seçin:

İran Azərbaycanı şərlədi | Əsl səbəbi seçkilərdir?

08 fevral 2024 367 baxış

“Tutulan dostlarımızla bağlı bilgi əldə edə bilməmişik. 10 fəaldan xəbər yoxdur. Sonuncu olaraq Molla Əzim Qədim də saxlanılıb. Telefonuna zəng çatmadığına görə, güman edirik ki, onu da tutublar”.

Bu sözləri Güney Azərbaycandan olan milli fəal Sürgün Günəş son bir həftədə həyata keçirilən kütləvi həbslər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu şəxslərin tutulmasının heç bir əsası yoxdur və çox güman ki, onlara qarşı yalan ittihamlar irəli sürüləcək:

“Hökumət qüvvələri milli fəallara xəbərdarlıq etmişdi. Quzey Azərbaycanla bağlı əlaqələrimizə son qoyulması istənilmişdi. Bizim də Quzeylə bağlı hər hansı gizli fəaliyyətimiz yoxdur. Amma hökumət çoxlarını casusluqda ittiham edir. Bu, yalan ittihamdır, böhtandır. Biz hesab edirik ki, Azərbaycanda tutulan İran casuslarına qarşılıq olaraq bu addım atılıb. Hazırda taleyindən nigaran qaldığımız fəalların Quzey Azərbaycana bağlılığı yoxdur.

Əslində, kütləvi həbslərin səbəbi İranda keçiriləcək seçkilərdir. Urmiya gölünün qurumasına etirazlar da bu həbslərin səbəbləri sırasındadır. Həbs edilənlər Urmiya gölünün qurudulmasına, ana dilində yazıb-oxumağa görə mübarizə aparan şəxslərdir. Hakimiyyət isə tutulanları Quzey Azərbaycana bağlamaq istəyir. Bununla da bizim sosial tələblərimizi, milli haqlarımızı arxa plana keçirir.

Biz seçkilərdən sonra çox ciddi şəkildə Urmiya gölünün qurudulması ilə bağlı etiraz aksiyası keçirməyə hazırlaşırıq. Bəlkə də bununla bağlı məlumatları var və bizi qarşı tədbir görürlər. İndi kim səsini çıxarmağa çalışsa, casus ittihamı ilə zindana atacaqlar”.

Sürgün Günəş bildirib ki, hökumət nəinki milli fəallara, hətta onların ailə üzvülərinə qarşı da amansız davranır: “Tutulan fəalların ailə üzvləri də təhlükə altındadır. Salar Tahir Əfşarın yaxınlarına fiziki güc tətbiq olunub. Bacısını və onun həyat yoldaşını döyüblər. Bacısı ciddi xəsarət alıb. Bilmirəm bunun səbəbi nədir. Milli hərəkatın təşkilat gücü zəifdir, bəlkə ona görə bu məsələlərə təpki verə bilmirlər. Amma hesab edirəm ki, bizə qarşı təzyiqlər bununla bitməyəcək və həbs olunanların sayı arta bilər”.

Qeyd edək ki, “Tasnim” İranda “təxribat törətməyə çalışan” “Azərbaycana bağlı casusların” ələ keçirildiyini açıqlayıb.

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Siyasət
26 sentyabr 2026 367 baxış
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 367 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 367 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 367 baxış
Seçilmişlər
icon