Pleyeri seçin:

İran Ermənistan vasitəsilə hansı arzularına çatmaq istəyir? | Ekspertdən qalmaqallı açıqlama

07 fevral 2025 342 baxış

Regionda gücü zəifləyən İran Ermənistanı geosiyasi problemlərindən çıxış yolu kimi görür. Əgər Tehran Ermənistanla hərbi saziş imzalayıb bu ölkəyə qüvvələr göndərərsə, bir neçə məqsədinə nail olacaq.

Bu barədə İsrailin tanınmış eksperti Mordexay Kedar “Yerusəlim Post”da dərc olunmuş “İranın şiə ayparası laxlayır: 7 oktyabrdan sonra regional güc nisbəti necə dəyişir” adlı məqaləsində yazıb.

Qeyd olunub ki, İran Ermənistan vasitəsilə Rusiya ilə qaçaqmalçılıq əməliyyatlarını davam etdirmək niyyətindədir. Ermənistanın Avropaya yaxınlığı belə bir vəziyyətdə strateji və geosiyasi baxımdan üstünlükdür. Habelə İran Ermənistanda hərbi mövcudluq yaratmaqla Azərbaycanla münasibətlərdə təsir imkanları əldə edə bilər.

İslam Respublikasının Ermənistan və Cənubi Qafqaz vasitəsilə regional gücünü bərpa etməyə çalışdığını, İran İnqilabı Keşikçiləri Korpusunun müxtəlif səylər göstərdiyini yazan müəllif İslam dünyasında dominantlığa can atan Tehranın onilliklər üçün planlar qurduğunu bildirib.

Məqalədə Ermənistanın tərəfdaşlıq münasibətində İrana loyallığını vaxtaşırı dilə gətirməsinə baxmayaraq, NATO-nun tədricən Ermənistanı Qərbə doğru çəkməyə başladığı yazılıb. NATO hərbi personalının Ermənistanda fəallığı, ABŞ qüvvələri ilə birgə təlimlərin keçirildiyi, İranla sərhəddə ABŞ hərbçilərinin yerləşdirildiyi diqqətə çatdırılıb. ABŞ Ordusunun Ermənistan hərbi bazalarında fəaliyyət göstərdiyi və İran ərazisindən buraxılan raket və PUA-ları izlədiyi qeyd olunub.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistana gedərək ölkə rəhbərliyi ilə görüşdüyü və baş verənlərə görə ölkəsinin narazılığını bildirdiyi vurğulanıb. İran Ermənistandan Avropa İttifaqı və NATO-ya üzvlük cəhdlərindən əl çəkməsini, habelə Qərb qüvvələrini öz ərazisindən çıxarmasını tələb edib.

İran rəsmisi bildirib ki, İrəvan tələblərlə razılaşarsa, iki ölkə hərbi saziş imzalayacaq, Qərb qüvvələri Ermənistandan çıxacaq və İran maneəsiz fəaliyyət göstərmək üçün öz qoşunlarını bu əraziyə yeridəcək.

Banner
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 342 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 342 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 342 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 342 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 342 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 342 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 342 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 342 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 342 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 342 baxış
Seçilmişlər
icon