Pleyeri seçin:

İran planlaşdırır ki, Azərbaycan vasitəsilə... | Dünyaya səs salacaq plan

06 may 2025 900 baxış

İran Azərbaycan vasitəsilə Gürcüstanla quru əlaqəsi yaratmağı planlaşdırır.

Bu barədə “Past” qəzeti yazır.

Erməni nəşri bildirir ki, bu halda Ermənistan növbəti dəfə Cənubi Qafqazda reallaşacaq beynəlxalq nəqliyyat dəhlizi layihəsindən kənarda qalacaq:

“İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Taraffo Tehranın İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif etdiyini açıqlayıb. İran Qara dəniz limanlarına çıxış üçün Ermənistana paralel Gürcüstana alternativ yola sahib olmaq istəyir. İran-Azərbaycan dəmir yolu gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu və mövcud Bakı-Batumi, Bakı-Poti magistralları və digər logistik xətlərlə birləşdirilə bilər.

Hazırda İran və Azərbaycan Şimal-Cənub dəhlizini canlandırır. Azərbaycan ərazisi vasitəsilə Rusiyanı İrana və Fars körfəzindəki İran limanlarına birləşdirəcək dəmir yolu tikilir. Azərbaycan da öz növbəsində Qərbi Zəngəzurdan yan keçərək İran ərazisindən Naxçıvan Muxtar Respublikasına çıxış əldə edir.

İran Gürcüstana çatmaq üçün Azərbaycanın logistik şəbəkəsindən istifadə etmək niyyətindədir. Gürcüstan da İranla əlaqələrin dərinləşməsində maraqlıdır və bu halda Azərbaycan yenidən tranzit dəhlizinə çevrilir, bu dəfə İran və Gürcüstan üçün. Ermənistan növbəti dəfə də logistika layihələrindən kənarda qalır”.

Nəşr əlavə edir ki, Azərbaycanın Qərb, Şərq, Rusiya və İran üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti hiss olunacaq dərəcədə artır və çoxsaylı ölkələr üçün tranzit dəhlizinə çevrilir.

Banner
Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - ƏSAS XƏBƏR

Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - ƏSAS XƏBƏR

Siyasət
19 noyabr 2026 900 baxış
İlham Əliyev Vyetnam Sosialist Respublikasına rəsmi səfər edib - Baku TV

İlham Əliyev Vyetnam Sosialist Respublikasına rəsmi səfər edib - Baku TV

Siyasət
19 noyabr 2026 900 baxış
Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları

Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları

Siyasət
19 noyabr 2026 900 baxış
Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu | Prezidentdən sərəncam - Baku TV

Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu | Prezidentdən sərəncam - Baku TV

Siyasət
19 noyabr 2026 900 baxış
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub - Baku TV

Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub - Baku TV

Siyasət
18 noyabr 2026 900 baxış
Almaniya Azərbaycanı regionun əsas strateji tərəfdaşı kimi görür - Baku TV

Almaniya Azərbaycanı regionun əsas strateji tərəfdaşı kimi görür - Baku TV

Siyasət
18 noyabr 2026 900 baxış
Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?

Almaniya Cənubi Qafqazda Avropanın təsirini artırmaq istəyir?

Siyasət
18 noyabr 2026 900 baxış
Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV

Ceyhun Bayramov Bakı və Ankara arasındakı əlaqələrdən danışdı - Baku TV

Siyasət
18 noyabr 2026 900 baxış
Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM

Avropa Cənubi Qafqazda daha çox söz sahibi olmaq istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
18 noyabr 2026 900 baxış
Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV

Azərbaycanla bağlantı təmin olunmasa, layihənin heç bir məntiqi yoxdur | Ceyhun Bayramov- Baku TV

Siyasət
18 noyabr 2026 900 baxış
Seçilmişlər
icon