İsrail və Türkiyə arasında "qaynar xətt" yaradılıb
İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətlərə dair prinsipial razılığa gəliblər.
Bu barədə məlumatı İsrailin “Middle East Eye” nəşri yayıb.
Məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqlar nəticəsində əldə olunub.
Tərəflər Suriyada İsrail və Türkiyə qüvvələri arasında qarşıdurma riskini minimuma endirəcək prinsiplər üzərində razılığa gəliblər.
Bundan əlavə, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında koordinasiya və insidentlərin qarşısını almaq məqsədilə “qaynar xətt” yaradıblar.
Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər. Tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyi bildirilib.
#Türkiyə teqi istifadə olunub
- Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
