Siyasət
Pleyeri seçin:

İstanbulda keçirilən Zirvə görüşündə Bakı və İrəvan arasındakı sülh sazişi müzakirə olundu

20 oktyabr 2024

İdeyası Azərbaycana məxsus olan “3+3” formatının növbəti iclası oktyabrın 18-də İstanbulda baş tutub.

Artıq bu səpkidə 2 toplantı keçirilib, bu isə 3-cü idi. Hələ də Gürcüstan tərəfi Rusiya ilə olan münasibətlərinə aydınlıq gətirmədiyi üçün görüşdə iştirakdan imtina edib.

Lakin bir müddətdir Gürcüstandan Rusiyaya doğru bir meyil müşahidə edilir. Hətta rəsmi Kremlin Gürcüstana Abxaziya və Osetiya ilə bağlı mübahisəni aradan qaldırmaq üçün yardım əli uzadacağı ilə bağlı fikirlər də var.

Mütəxəssislərin fikrincə, belə bir şey olacağı təqdirdə Gürcüstanın da bu formata qatılacağı istisna edilmir. Region ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün yaradılan bu formatın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də tam aydınlıq gətirməsi gözlənilir.

İstanbuldakı görüşdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Toplantının sonunda iştirakçı tərəflərin birgə bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.

Lakin bütün bunlara baxmayaraq, ekspertlər bu görüşün də digərləri ilə eyni sonla, yəni nəticəsiz bitdiyini düşünürlər.

Görüşlərin əsas məğzi regiona sülh gətirmək olsa da, təəssüf ki, böyük güclərin maraqları buna əngəl olur. Elə Azərbaycan və Ermənistan arasındakı bu anlaşmazlığın səbəbkarı da Ermənistanın Qərbdən güc alaraq sülhdən yayınmasıdır.

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Bakıdakı COP-un əsas fərqi | Qlobal hədəfə nail olunacaq?

Siyasət
22 noyabr 2024
Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Putinin köməkçisindən diqqətçəkən açıqlama | COP29 necə nəticələnəcək?

Siyasət
22 noyabr 2024
COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

COP29-da əsas hədəfin müzakirəsi | Aksiyalarda diqqətçəkən nüans

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul etdi

Siyasət
22 noyabr 2024
COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

COP29-da dünya tarixinə damğa vuracaq qərar veriləcək? - BAKU AKTUAL

Siyasət
22 noyabr 2024
Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Stiven Kornelius COP29-da həyəcan təbili çaldı | Həyatımız təhlükə altında olacaq

Siyasət
22 noyabr 2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Siyasət
22 noyabr 2024
COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

COP29-dakı maliyyə hədəflərində son vəziyyət | Nələr müzakirə olunur?

Siyasət
22 noyabr 2024
Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon