Pleyeri seçin:
İstintaqın ilkin nəticələri... | AZAL təyyarəsinin düşdüyü qəza ilə bağlı açıqlama
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələdədir.
“Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də demişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik. Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir”, – deyə Marat Karabayev bildirib.
Kopyalandı
#AZAL teqi istifadə olunub
- Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...
- Serbiyadan Azərbaycana birbaşa aviareyslər olacaq | Detallar açıqlandı
- Sərnişinlərin nəzərinə | AZAL bu cihazlarla bağlı qaydalara dəyişiklik edir
- AZAL təyyarəsinin qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı son nəticələr... | Qazaxıstandan vacib məlumat
